Nazirdən pensiyaçılara sevindirici xəbər

09.11.2018 | 1 011 | 0

Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı gözlənilir.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, növbəti ildə məcburi dövlət sığorta haqlarının artımı da gözlənilir.

S.Babayev əlavə edib ki, bu il ünvanlı sosial yardım alan 1200 nəfər özünəməşğulluq proqramına cəlb ediləcək: "Növbəti ildə bu say daha da artırılacaq".

Nazir qeyd edib ki, məşğulluq sistemində avtomatlaşdırma yekunlaşmaq üzrədir: “Yanvarın 1-dək bu prosesin başa çatması nəzərdə tutulur. Artıq işsizlər iş üçün elektron qaydada portala müraciət edə biləcəklər”.

Nə düşünürsən?