"Onun sənətindən yox, estetik əməliyyatlarından danışdılar" - Elgiz Əkbər

  • 09.11.2018
  • 0

"Azərbaycan mədəniyyəti Amalya Pənahova timsalında çox nəhnəg bir sənətkarı itirdi. Mən buna çox təəssüf edirəm"

Bu sözləri BiG.AZ -a açıqlamasında tanınmış aparıcı Elgiz Əkbər deyib:


"Amalya xanımın teatrmızda, kino sənətimizdə xidmətləri böyük idi. Onun özündə improvizasia etmək qabiliyyəti var idi. Onu təkrarlamaq çox çətin idi. Bu gün mən çox təəssüf hissi ilə qeyd edirəm ki, itirəndən sonra insanın dəyərini bilirik. Çox üzücüdür. Mən bir məqama toxunmaq istəyirəm. Bir dəfə onunla şəkil paylaşdım insanlar onun sənətindən yox, estetik əməliyyatlarından yazırdılar. Bu çox üzücü hal idi. Biz görüşdük, ona estetik əməliyyatları barəsində sual verdim. Dedi:- ehh Elgiz, bu normal qarşılanmalıdır. Amma, bir nisgil gördüm onun gözlərində... Hiss etdim ki, insanlar onun qəlbinə dəyirlər. Bu məni çox üzdü. İndi deyirəm ki, o insanlar ki, Amalya xanımın sənətindən yox, digər məsələlərindən yazırdılar. Utandılar görəsən, heç xəcalət çəkdilər? Həyat fanidir. Kim bilərdi ki... Hesab edirəm ki, onun sənətinin məhz bu gün ən məhsuldar vaxtları idi. Çox təəssüf edirəm. Allah rəhmət eləsin! Yerdə qalan sənətkarlarımıza dəyər verək!"


Aysel Yusifqızı

Nə düşünürsən?