Sənqaçalda ağır qəza - Sürücü sərxoş çıxdı

  • 09.11.2018
  • 0

Bakı - Astara yolunun Sənqaçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən

“Mersedes” markalı minik avtomobili “Volvo” yük avtomobilinə çırpılıb. Nəticədə “Volvo” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. 

Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, “Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı texniki ekspertiza aparılır.

Nə düşünürsən?