İbrahim Tatlısəs canlı yayımda evlilik təklifi etdi

  • 09.11.2018
  • 0

İbrahim Tatlısəsin keçmiş arvadı Ayşegül Yıldız, Kanal D ekranlarında yayımlanan Müge və Gülşənin aparıcılığını etdiyi "2-ci səhifə" proqramında qonaq olub

 
Haberler-in xəbərinə görə, imperator telefonla bağlandığı maqazin programında cəmi 2 il evli qaldığı Ayşegül Yıldıza yenidən evlilik təklifi edib.

Tatlısəs efirə zəng edərək "Alooo, sənə söyləyirəm, sarışın. Evlilik təklifim hələ də qüvvədədir. Sənə 4 mahnı həsr etdim. Mənim səkkizinci övladım səndən olacaq. Hələ də aşiqəm sənə" deyib.

Ayşegül Yıldız isə "O, məni çox sevir, mən də onu çox sevirəm. Amma o dəftər bağlanıb" cavabını verib.

Nə düşünürsən?