Sabah hər kəs bu maraqlı görüntülərə baxacaq

08.11.2018 | 21 | 0

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə hazırladığı videoçarxı hazırlayıb.

İdarənin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır. Layihənin reallaşdırılmasında məqsəd gənc nəsldə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq.

Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq. Layhiənin çəkiliş Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

Video: Xəzər Xəbər

Nə düşünürsən?