Şəbnəm Tovuzlunun yeni klipi tənqid atəşinə tutuldu

08.11.2018 | 149 | 0

Az müddət əvvəl müğənni Şəbnəm Tovuzlunun yeni mahnısının klip təqdimatı olub. 

Əksər jurnalisti 1 həftə qabaqdan dəfələrlə zəng edərək xahiş-minnətlə təqdimara çağıran Şəbnəmin təqdimatı uğursuz və qalmaqallı məqamlarla dolu olub.

Əvvəl aparıcı Aytəkin Mərdanova qonaqları salamlayıb. Sonra jurnalist Şahin Cavadsoyun təklifi ilə bu gün dünyasını dəyişən xalq artisti Amaliya Pənahovanın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Ardından Şəhanə Ayazqızının sözləri və musiqisi Elçin Məhərrəmova aid "İndi necəsən?" mahnısına çəkilən klip nümayiş etdirilib. Klipə baxan jurnalistlərin böyük əksəriyyəti rejissorun işindən narazı qalaraq, iradlar bildiriblər. Çünki istifadə olunan rekvizitlər - içki, siqaret, eləcə də qumar və "əxlaqsız qızlar" səhnəsi xoş təsir bağışlamayıb. Şəbnəm öz tərəfindən iradları qəbul etsə də, aydınlıq gətirməyə çalışıb ki, sevənlərin ayrılıq məqamında baş verən aktual məsələlərdən birini klipində gündəmə gətirib. Amma unudub ki, hər istənilən mövzunun gündəmə gətirilməsi, üstəlik, ekranlaşdırılıb, istər efir, istərsə də sosial şəbəkələrdə nümayiş olunması arzuolunmazdır. Nədən ki, belə "çılpaq" mövzular insan psixologiyasına mənfi təsir göstərir...

Təqdimatda jurnalist və maqazinçi qarşıdurması da olub. Şəbnəmin xahişi ilə gərginliyə son qoyulub.

Nə düşünürsən?