ABŞ-da barda gülləbaran - 13 ölü

08.11.2018 | 56 | 0

ABŞ-ın Kaliforniya ştatının cənubunda, Los-Anceles yaxınlığındakı Tausend Ouks şəhərində yerləşən "Borderline Bar and Grill" barındakı gülləbaranda 13 nəfər həlak olub. Onlarla insanın yaralandığı bildirilir. Həlak olanların və yaralananların tam əksəriyyəti gənclərdir. Milli.Az CNN-ə istinadən bildirir ki, yerli polis departamentindən verilən məlumata görə, naməlum şəxs bara daxil olaraq oradakı adamlara 30 dəfə atəş açıb. Bar kantri musiqi janrında konsertlərin keçirildiyi yer kimi tanınır. İnsident yaşanan gecə orada kollec tələbələrinin görüşü və partisi vardı. Hadisə yerinə yollanmış polislər atəş açan şəxslə atışmaya başlayıblar. Atışmada bir polis zabiti yaraldanıb. ABC7 məlumat verir ki, gülləbaran zamanı barda yüzlərlə insan olub. Ventura bölgəsindəki bardakı insanları gülləbaran edən şəxsin alnına atəş açaraq intihar etdiyi vurğulanır. Həlak olanların arasında Ventura şerifinin müavini də var. REKLAM

Nə düşünürsən?