Trampla mübahisə edən jurnalistin taleyinə aydınlıq gəlib

08.11.2018 | 87 | 0

Ağ Ev ABŞ prezidenti Donald Trampla mətbuat konfransında mübahisə edən CNN telekanalının jurnalistinin akkreditasiyasını ləğv edib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Sara Sanders “Twitter”də məlumat paylaşıb. 

CNN-in məlumatına görə, söhbət müxbir Cim Akostadan gedir. Jurnalistin sualına Tramp “İt hürər, karvan keçər” cavabənı verib və əlavə edib ki, o, ölkəyə qanuni formada girməlidir. 

Tramp bundan sonra onun sözünü kəsən jurnalistin sual verməsinə qadağa qoyub. Ağ Evin mətbuat katibi Sanders jurnalistin əlindən mikrofonu almağa çalışsa da, o, Trampla mübahisəni davam etdirib. 

Sanders sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, administrasiya söz azadlığına inanır, ancaq heç vaxt öz əməkdaşlarına qarşı hörmətsizliklə barışmayacaq.

Nə düşünürsən?