Bakıda dəhşətli qəza - Avtomobil aşdı

  • 05.11.2018
  • 0

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info xəbər verir ki, qəza “Neftçilər dairəsi”nin yaxınlığında qeydə alınıb. Belə ki, VAZ “2107” markalı avtomobilin sürücüsü idarə etməni itirərək qəza törədib. Nəticə nəqliyyat vasitəsi aşaraq yolu bağlayıb. Ətrafdakı insanların köməyilə avtomobili idarə edən şəxs nəqliyyat vasitəsindən çıxarılıb.

Hadisə səbəbindən ərazidə bir müddət tıxac yaranıb.

İlkin ehtimala görə, avtomobilin sürücüsü sürət həddini aşmasından dolayı qəza baş verib.

Şahidlər bildirir ki, hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.

Nə düşünürsən?