Efirdə kişidən şok sözlər

  • 05.11.2018
  • 0

ARB TV-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” verilişində maraqlı anlar yaşanıb.

A24.Az xəbər verir ki, qadın onu atıb gedən ərindən şikayət etmək üçün verilişə müraciət edib. O, keçmiş ərinin uşaqlarına  baxmadığı bildirib. Elnarə adlı qadın keçmiş həyat yoldaşının başqa bir qadınla evləndiyini, yay aylarında həmin qadını da götürüb onun yaşadığı evə gəldiklərini və burada istirahət etdiklərini bildirib.

Sirac adlı həmin şəxsə zəng edən aparıcı aldığı cavablar qarşısında şoka düşüb.

“Deməyə utanıram, Elnarəni də sevirəm, bu xanımı da. Onu da atsam, bunu da atsam, gərək çöllərdə qalım. Bu qadını sevirəm, nazımla oynayır, əynimə-başıma baxır, ona görə çox sevirəm. Elnarəni də uşaqlarımın anası olduğu üçün sevirəm”.