Şəhid hərbi qulluqçuların vərəsələrinə ödəmələr gələn il tam yekunlaşacaq

  • 31.10.2018
  • 0

Şəhid hərbi qulluqçuların vərəsələrinə veriləcək 11 min manatlıq birdəfəlik ödəmənin verilməsi ilə bağlı proses sürətlə davam edir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda notariat kontorları tərəfindən müvafiq sənədlər qəbul edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı bildirib ki, artıq yüzlərlə şəxsin vərəsəlik bildirişləri notariuslar tərəfindən nazirliyə göndərilib.

Onun sözlərinə görə, yaxın günlərdə nazirlikdə iclas keçiriləcək və bildirişlər Maliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra ödənişlərin verilməsinə başlanılacaq.

Qeyd edək ki, bir sıra şəhid qulluqçuların vərəsələri birdəfəlik ödəmələri almadıqlarını iddia edirdilər.

Fazil Talıblı vurğulayıb ki, şikayətçilər nazirlikdə qəbul edilib, onların iddiaları rəsmiləşdirilib və araşdırılıb.

Qanunvericiliyə görə birdəfəlik ödəməni əvvələr almış vərəsələrə yenidən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

Nə düşünürsən?