Prezidentdən yeni sərəncam: 18.04 milyon manat ayrıldı

31.10.2018 | 247 | 0

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,04 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nə düşünürsən?