ATV-nin efirində biabırçılıq

  • 26.10.2018
  • 0

ATV telekanalının efirində yayımlanan Təhminə və Zaur serialında biabırçı dialoq yaşanıb.

A24.Az xəbər verir ki, filmdə Zaur rolunun ifaçısı Cövdət Şükürovla Sadiq rolunun ifaçısı, aktyor Elçin Muradovun arasında baş tutan dialoq zamanı vulqar ifadədən istifadə edilib. İkili arasındakı dialoqu olduğu kimi təqdim edirik:

– Sadiq?

– Ə, nədir?

– Ə, özünü niyə belə aparırsan? Nə vaxtdan həkimə qulaq asan çıxmısan sən?

–  Ə, mən bunların hamısını bilirdim. Ona görə həyatımı bunun üzərində qurmuşdum.

– A kişi, bir dəqiqə dayan, sakitləş. Bu, nə həkimin, nə də bizim əlimizdədir. Hər şey Allahın əlindədir. Bir az səbrli ol, düzələcək.

– Düzələcək? Heç nə düzəlməyəcək. P*x olacaq hər şey.

Nəzərə alsaq ki, filmdə səslənən belə vulqar ifadələri böyüklərlə yanaşı, uşaqlar da eşidir, serial müəlliflərinin və ATV telekanalı rəhbərliyinin məsələyə biganə qalmayacağı qənaətindəyik.

Həmin görüntüləri təqdim edirik: