Xarkovda avtomobil kütləyə çırpıldı: Ölənlər var

  • 19.10.2017
  • 0

Ukraynanın Xarkov şəhərində minik avtomobili kütləyə çırpılıb. Oxu.Az-ın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Sumskaya küçəsində qeydə alınan hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.