Atatürkün "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik etdiyi üzə çıxıb

  • 20.10.2018
  • 0

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azarkeşlik etdiyi klub müəyyənləşib.

“Report” “İndigo” jurnalına istinadən xəbər verir ki, bu, “Güneş” İdman Klubudur.

1933-cü ildə “Qalatasaray”dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub. İstanbul təmsilçisinin ilk prezidenti isə M.K.Atatürkün sadiq yavəri Cevat Abbas Gürer seçilib. Komanda 1937/1938 mövsümündə həm milli çempionatın, həm də İstanbul Futbol Liqasının qalibi olub.

Qeyd edək ki, “Güneş” klubu 21 iyul 1959-cu ildə Bakıda “Neftçi” ilə yoldaşlıq oyunu da keçirib. İosif Stalin adın Respublika stadionunda (indiki Tofiq Bəhramov adına Respublika stadionu – red.) baş tutmuş matçda hesab açılmayıb.

Nə düşünürsən?