Azərbaycanın sabiq naziri televiziyada aparıcılığa başladı

  • 20.10.2018
  • 0

Azərbaycanın sabiq maliyə naziri Fikrət Yusifov Real TV-də işə başlayıb.

A24.Az xəbər verir ki,  “Real iqtisadiyyat” verilişi sabiq nazirin təqdimatında yayımlanır. Verilişin yayımına dünən saat 20:30-da başlanılıb.

Qeyd edək ki, Fikrət Yusifov 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsində, daha sonra, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan respublikası maliyyə naziri vəzifəsində işləyib.