Rəqqasəyə pul vermək istəyən sərxoş kişini arvadı döydü - Bakıda ŞOK OLAY

  • 19.10.2018
  • 0

Məşhur rəqqasə Aygün yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, A24.Az -a danışan rəqqasə həm iddialı, həm də atmacalı fikirlər səsləndirib. O, bu sənətdə lider olacağına dair söz də verib:

"Bu gün mən Aygün efirdə olan bütün rəqqasələri keçəcəm. Mən Fərhad Vəliyev məktəbi keçmişəm. Hansı rəqqasə belə bir məktəb keçib? Məni elə bir "canavar” hazırlayıb ki, "çaqqallar” mənə diş ata bilməz!”

Daha sonra Aygün toylarda başına gələn maraqlı hadisələrdən bəhs edib.

"Bir dəfə məclislərdən birində bəy və gəlin üçün aş aparırdım. Gördüm ki, uzaqdan sərxoş bir kişi əlində 100 manatla yıxıla-yıxıla mənə doğru gəlir. Mən də fikirləşdim ayıbdır, əlini geri qaytarmayım. Pulu götürmək istəyəndə, arvadı özünü atdı üstümə. Kişini itələdi ki, rəqqasəyə 100 manat vermə. Həmin vaxt mənə də bir qapaz dəydi”.

Nə düşünürsən?