Qurban Qurbanovun Atletico Madrid matçından sonra mətbuat konfransı

  • 19.10.2017
  • 0

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə bərabərə qalıb. 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb. - Bütün futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həqiqətən də ağır idi. Oyunun sonuna qədər var gücümüzlə oynadıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Sonadək bizimlə oldular. Çox vacib xal qazandıq.

Nə düşünürsən?