Prezident iki SƏRƏNCAM İMZALADI

  • 16.10.2018
  • 0

Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb. Bizimyol.info-un məlumatına görə, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. *** Prezident İlham Əliyev Oktay Qurbanovun Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi sərəncam imzalayıb. Sərəncamla Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Tarik İsmayıl oğlu Əliyev Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Nə düşünürsən?