Natavan növbəti klipini təqdim edib

  • 16.10.2018
  • 0

Müğənni Natavan Həbibi yeni klipini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi sözləri  Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsus “Qısqana-qısqana” mahnısını ekranlaşdırıb. 

Klip bir neçə gündür ki, “MTV Azərbaycan” kanalında özəl olaraq yayımlanır. Bu günisə  layihə Natavanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.  Bundan əlavə, Həbibi instaqram səhifəsində klipdən bir görüntü paylaşaraq belə şərh yazıb:

“Sevginin nə qədər gözəl hiss olduğunu, sevib və sevilməyin nə dərəcədə isti bir hiss olduğunu hər birimiz bilirik.  Təəssüflər olsun ki, elə sevgilər var ki, onlar imkansızdır. Təqdim etdiyimiz klipdə də biz imkansız sevgidən bəhs etdik. Baş qəhrəmanın günlərin bir günü “Su pərisi” ilə qarşılaşması və ona aşiq olmasını lentə aldıq. Özünüzün də izlədiyiniz kimi bu imkansız sevgi yolunda qəhrəmanımızın mübarizə aparması və sevgisi uğrunda savaşması heç nəyi dəyişdirmirdi.

Nə düşünürsən?