İynəli, sapla bağlı və qıfıllı fotoşəkil... - Dənizdən cadu tapıldı

  • 16.10.2018
  • 0

Dəniz kənarından qıfıllanmış fotoşəkil tapılıb. Fotoşəkil iynələnib, dəsmala bükülüb və qara sapla bağlanıb.

Oxu.Az “Xəzər” TV-yə istinadla məlumat verir ki, ilahiyyatçı Mirhəmid Məmmədovun sözlərinə görə, bəzi işbazlar insanların sadəlövhlüklərindən istifadə edərək, bunu gəlir mənbəyinə çevirirlər.

Vətəndaşların cadu edən və etdirənlərə münasibətləri birmənalıdır.

Ümumiyyətlə, son vaxtlar insanları cadu etdirmək adı altında aldadanlarla bağlı çoxlu məlumatlar yayılır. 

İlahiyyatçılar isə bu əməlin İslamda yerinin olmadığını vurğulayırlar.

Nə düşünürsən?