Tünzalə Ağayeva:"Mənim üçün "internet müğənnisi" ilə itin-pişiyin fərqi yoxdur"

  • 15.10.2018
  • 0

Bu gün artıq müğənnilər iki yerə bölünürlər: məktəb keçmiş, sənət müəllimlərini görmüş müğənnilər və "internet müğənniləri".


"İnternet müğənniləri" mənlik deyil, onları başa düşmürəm, onlara şərh verə bilmərəm. Ümumiyyətlə, bir peşəyə sahib olmaq üçün məktəbini oxumalı, əziyyətini çəkməlisən. "Kuxnya müğənniləri"ni başa düşmürəm.


Eyni yolla bir pişiyi də məşhur etmək olar. Pişiyin də, maşının da, meşədəki ayının da "Instagram" səhifəsi var, müğənninin də. Dəhşətə baxın, internetdə adamla heyvanın fərqi yoxdursa, hansı sənətdən, keyfiyyətdən danışırsınız, qurban olum? Bütün reallıq budur. Elə pişiklər var ki, iki milyon izləyicisi var (gülür).


Düzdür, biz bədbəxtlər də orada oturmuşuq. Mahnımızı, xəbərimizi orada paylaşırıq. Ancaq sabah hesabımı bağlasam, bu, mənim üçün həyatın dayanması deyil. İşimi görəcəyəm, mənim üçün sosial media tamaşaçımla aramdakı əlaqədir, onları eşitməyə vasitədir. Orada rəqəm dalınca qaçmıram. Mənim izləyicim bir milyondan aşağıdırsa, oturub ağlamıram. Bunu düşünənlər küt ağıla sahib olan insanlardır.


Pişik də oxuyub "internet müğənnisi" ola bilər. Mənim üçün "internet müğənnisi" ilə itin-pişiyin fərqi yoxdur. Heyvana onlardan daha çox hörmətim var. Biri var baxırsan ki, bu, dəmirdir. Ancaq insan olub heyvanlaşmağı, əşyalaşmağı başa düşmürəm.


Çayı da gözəl dəmləməyi bacarmaq lazımdır. Hər şeyin ustası olmaq lazımdır. İndiki "internet müğənniləri"nə heç bir münasibət bəsləyə bilmirəm.

Nə düşünürsən?