"Gül baba" illərdir ağzında gül ilə gəzir - SƏBƏB

  • 15.10.2018
  • 0

Türkiyənin Bursa şəhərində yaşayan 87 yaşlı bir adam 60 ildir ağzında gül ilə gəzir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 87 yaşlı Ali Rza Karan gülü o qədər çox sevir ki, yay-qış ağzında gül saxlayır. Növbənöv gülləri olan adam hər gün fərqli bir gül ağzında gəzdirir.

Adamın bu vərdişi 27 yaşında olarkən həkimin “siqareti tərgitmək lazımdır” deməsi ilə başlayıb.

60 ildir ağzında gül ilə gəzən bu adamı heç kim öz adı ilə tanımır. Gül həvəskarı olan adam “Gül baba” olaraq çağırılır.

Nə düşünürsən?