14 oktyabr üçün vacib hava məlumatı

  • 14.10.2018
  • 0

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 18-21° isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Abşeron yarımadasında gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti təşkil edəcək. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-19° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti təşkil edəcək.

Nə düşünürsən?