Keşiş Almaniyada qəhrəman kimi qarşılandı - ABŞ bayrağını öpdü

  • 13.10.2018
  • 0

Dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson Almaniyada qəhrəman kimi qarşılanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, özəl təyyarə ilə Almaniyaya yola düşən keşişə orada ABŞ bayrağı öpdürüblər.

Rahibi hava limanında ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell qarşılayıb. O, Bransona ABŞ bayrağı öpdürüb və onunla birlikdə şəkil çəkdirib.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Nə düşünürsən?