PSJ-nin oyunu qumara qoyulub? - Araşdırma başlanılıb

  • 13.10.2018
  • 0

UEFA Çempionlar Liqasının PSJ (Fransa) - "Srvena Zvezda" (Serbiya) oyunu ilə bağlı araşdırmalara başlayıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Paris klubunun 6:1 hesablı qələbə qazandığı matça 5 milyon avro pul qoyuluşu edilməsidi. Belə ki, Serbiyada "Srvena Zvezda"nın 5 top fərqi ilə yeniləcəyinə 5 milyon avro pul qoyulub. Həmin mərcin sahibi 10 milyon avrodan artıq pul qazanıb.

Qrup mərhələsinin II turu çərçivəsində keçirilən matçın ilk yarısında PSJ 4:0 hesablı qələbə qazanmışdı. İkinci yarıda serblər fərqi azaltsa da, Paris klubunun 5 top fərqli qələbəsini rəsmiləşdirən qolu 81-ci dəqiqədə Neymar rəqib qapısından keçirmişdi.

Nə düşünürsən?