Meksikada ticarət mərkəzi çökdü - 7 ölü

  • 13.10.2018
  • 0

Meksikanın Monterrey şəhərində şəhərində tikilməkdə olan ticarət mərkəzi uçub.

“Qafqazinfo” ABCnews-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Dağıntılar altında qalan 9 nəfərin xilas edilməsi üçün 150-yə yaxın xilasedici hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, ticarət mərkəzinin gələn ilin martında açılması planlaşdırılırdı.

Nə düşünürsən?