ABŞ-da təbii fəlakət qurbanlarının sayı artmaqda davam edir

  • 13.10.2018
  • 0

ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 16-ya çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yerli hakimiyyəti istinadən xəbər verir.

Marianna şəhərinin şerifi Lu Roberts Cekson dairəsində (Florida ştatı) daha 3 nəfərin cəsədinin tapıldığını təsdiqləyib. Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, dağıntılar təmizləndikcə ölənlərin sayı arta bilər. Florida ştatının xilasetmə xidmətləri bildirir ki, ştatın çimərliklərindən birində daha bir neçə nəfərin meyiti aşkar edilib, lakin onların kimliyi hələki məlum deiyl.

Nə düşünürsən?