Efirə zəng edən qadın uşağını Mənzurəyə...

  • 11.10.2018
  • 0

Müğənni Mənzurə Musayeva ARB TV-nin "Səhər-Səhər” proqramının qonağı olub. 
AZXEBER.COM-un məlumatına görə, efirə zəng edən bir xanım 3 yaşlı uşağını ifaçıya vermək istəyib. Mənzurə isə bu addımı pisləyərək göz yaşlarını saxlaya bilməyib:
"İstəmirəm ana balasından imtina etsin. Qıraqdakı ona nə qədər yaxşı baxsa da, ana anadır. Anası olmasa bəlkə də baxaram. 3 yaşı var uşağın. O artıq anasını hiss edir. Bu artıq mənə yamaqdır. Həmişə fikrində qalacaq ki, anam məni aparıb verdi. Mən o anaya pis baxıram. Elə ana olmaz. Ana necə balanı ata bilər. Yenə məni ağladırsız burda. Bala şirinliyi görməmişəm, amma mən o ata, ananı pisləyirəm. O mövzuya toxunmayın”.

Nə düşünürsən?