Kərimdən Elçin Əlibəyliyə:"Allah da mənə desə ki, ona halallıq ver, vermərəm."

  • 11.10.2018
  • 0

Müğənni Kərim Abbasov ARB TV-də “Səhər-Səhər” verilişinin qonağı olub.


Axşam.az xəbər verir ki, sənətçi proqram əsnasında teleaparıcı Elçin Əlibəylini sərt şəkildə tənqid edib. O bildirib ki,  E.Əlibəyliyə halallıq verməyəcək:


“Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, mən halallıq vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilmərsən.


Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı, birinci onu göndərərdim. Mən hələ ki, susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə. Mən Elçinə görə 1 il İstanbulda yaşadım. Elçin, mən sağ qalsam, sən ölsən, molla deyəndəki haqqınızı halal edin, deyəcəm ki, haram xoşu olsun”.

Nə düşünürsən?