Xoşqədəm Hidayətqızı:"Vicdanınızı itirməyin, sizi sevənlərə, işini bilənlərə dəyər verin!"

  • 11.10.2018
  • 0

"Bu gün bir ananın WhatsApp-da mənə yazdıqlarını göz yaşlarıyla oxudum. Kənarda oynayan Arının mənə baxdığını hiss etməmişəm. Bir də gördüm, "mama ufu" deyib, ağlamağa başladı. Arın atasına çox düşgündür və İstanbuldan gəldikdən sonra sanki məni də itirəcək, görməyəcək qorxusuyla yaşayır". 



Bu sözlər "Səni axtarıram" layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Baxşəliyevaya məxsusdur.




BAKU.WS xəbər verir ki, Arının bu reaksiyasından təsirlənən tanınmış jurnalist etiraflar edib: 




"Dünyanın ən gözəl, məsum, təmiz varlıqları uşaqlardı. Sevgiləri də, göz yaşları da, gülüşləri də təmizdir, təmənnasızdır. Mən son zamanlar çox az insanlarla görüşürəm, yeməyə gedirəm və ya dərdləşirəm. Uşaqlardır mənim sirdaşım, dostlarım. Ağlayanda da, güləndə də onlarla rahat olur. Ruh halımı kimsəyə demirlər, göz yaşlarımı silib, məni qucaqlayırlar. Hələ Arınım... O mənim dərd yoldaşımdır, sirdaşımdır. O qədər həssasdır ki, gözlərimə baxarkən qəlbimdəkiləri hiss edir. Mən ağlasam, o da ağlayır, göz yaşlarımı əlləriylə silir, "mama uf olmuş" deyə, hər tərəfə hay salır.




Bəzən gördüyümüz işi tənqid edən, bəyənməyən, haqsızlıq edən insanları görəndə uşaqlarımı, onlardan ayrı keçən saniyələrimi düşünüb, özümə "dəyərmi?" deyirəm. Bəzən "yox", bəzən "bəli" deyirəm. Amma bu bir faktdır ki, həyat mücadilədir. Yıxılaraq, qalxararaq yoluna davam edirsən. Təbii ki, bu yolda itirdiklərin də olur. Önəmli olan vicdanını itirməməkdir! Vicdanınızı itirməyin, sizi sevənlərə, işini bilənlərə dəyər verin!"

Nə düşünürsən?