Təyyarə şəhərdə, binaların arasında uçdu - Sakinlər qorxdular

  • 11.10.2018
  • 0

Avstraliyanın Brisben şəhərinin minlərlə sakini binaların arasında uçan təyyarəni görəndə bərk qorxublar. Xoflanmış sakinlər belə tryuku axmaqlıq və sarsaqlıq adlandırıblar.

Bəziləri isə olayı 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda yaşanmış faciəni xatırlatmağa vadar etdiyini söyləyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb Avstraliyanın Kral Hərbi-Hava Qüvvələrinin (Royal Australian Air Force, RAAF) Boeing C-17 hərbi-nəqliyyat təyyarəsinin şəhərdə aviatryük gerçəkləşdirməsi olub.

Təyyarə "Sunsuper Riverfire" festivalı əsnasında Brisben şəhərinin mərkəzindəki Riverfeyr və Souz Benk səmtlərində uçub.

O, göydələnlərdən birinə çatanda binaya çarpılmamaq üçün sürətlə səmaya qalxıb.

Nə düşünürsən?