Arda Turan tanınmış müğəninin burnunu qırdı

  • 10.10.2018
  • 0

Türkiyəli futbolçu Arda Turan dünən gecə İstanbulun gecə klublarından birində müğənni Berkay Şahin ilə dava edib.
 
Sfera.az xəbər verir ki, məşhur müğənninin burnunun sındığı iddia edilən davanın pərdə arxası ortaya çıxıb. Dava zamanı burnu sınan müğənninin əməliyyat olunacağı, futbolçunun isə silah götürərək xəstəxanaya getdiyi məlum olub.

Arda Turan xəstəxanaya gedərək "Mən onun sənin arvadın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Mən böyük öküzlük etdim. Üzr istəyirəm” deyib.

 
Berkayın arvadı Özləm Ada Şahin dünən getdikləri gecə klubunda əri və Arda Turan arasında baş verənləri "Habertürk”ün jurnalisti Esin Övete danışıb:
"Arda bir an qoluma toxundu və qulağıma əyilərək "Evli olmsan səni qaçırmazdım. Çox gözəl qızsan” dedi. Mən də "Nə deyirsən, özünə gəl” dedim. Berkay bunu gördü və eşitdi. Sonra Ardanın qulağına əyilib "Arvadımı göndərirəm, indi kişi-kişiyə danışacağıq” deyib. O, an mənə tərəf çevrildi "Səni evə yollayım” dedi. Və başını çevirdiyi an Arda yumruq vurdu. Hər şey bir anda baş verdi. Berkay bir dəfə də olsun ona toxunmadı. Bir dəfə olsun vurmadı. Sadəcə sakit formada "Özləmi göndərim, kişi-kişiyə danışarıq” dedikdən sonra Arda yumruq vurdu.
Berkayı qan içində oradan çıxardılar. Birbaşa xəstəxanaya apardılar. Əməliyyat olunacaq. Ya səsinə bir şey olarsa. Berkay səsi ilə çörək pulunu qazanan biridir. Belə şey olarmı? Mən Ardanın arvadını tanıyıram. Salamlaşırıq, oturub dururuq. Arvadı evdə hamilədir. Esin, belə şey olarmı?”.

Nə düşünürsən?