Elnarə botoks etdirdiyi görüntüləri paylaşıb

  • 09.10.2018
  • 0

Müğənni Elnarə Xəlilova qırışlarını aradan qaldırmaq üçün üzünə botoks etdirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu barədə instaqram səhifəsində məlumat verib. 

O, video paylaşaraq 6 ildir ki, bu estetik prosedura əl atdığını qeyd edib: "Diqqət edirsizsə, qaşlarım aşağıdadır, gözləri ilə gülən insanlarda olduğu kimi məndə də gözətrafı mimik qırışlar var. Bundan əlavə, alnımı da yuxarı qaldıranda qırışır.

Ancaq 3 gündür ki, botoks öz təsirini göstərir. Qaşlarım qalxdı və qırışlar itdi. Botulatoksin siniri 4-5 aylıq iflic edir və sən çox istəsən də nə alnını, nə də üzünü qırışdıra bilmirsən. Bilirsiz ki, 38 yaşım var və artıq 6 ildir ki, bu prosedurdan istifadə edirəm".

Nə düşünürsən?