Zülfiyyə Xanbabayeva kamera qarşısına keçdi

  • 09.10.2018
  • 0

Xalq artisti Aygün Kazımovadan sonra Zülfiyyə Xanbabayeva da albom çıxarmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, uzun müddətdir efirlərdən uzaq gəzən müğənni musiqi layihəsinin “cover” fotoları üçün kamera qarşısına keçib. 

Xanbabayevanın şəkillərini Ruslan Nəbiyev lentə alıb. O,  fotosessiyaya hazırlıq mərhələsini əks etdirən videonu instaqram səhifəsində paylaşıb. 

Xatırladaq ki, xalq artistinin sonuncu "Dəniz" adlı albomu 2009-cu ildə işıq üzü görüb.

Qeyd edək ki, A. Kazımova bir neçə həftə bundan əvvəl "Duy" adlı layihəsini təqdim etmişdi.  

Nə düşünürsən?