Tanınmış müğənni xəstəxanalıq oldu: Armaturla pilləkan arasında sıxılıb qaldı

  • 06.10.2018
  • 0

Tanınmış müğənni Əli Mirəliyevin başına iş gəlib. Sənətçi xəstəxanalıq olub. Yenicag.az-a açıqlama verən Ə.Mirəliyev Mərdəkandakı bağında işləyərkən xəsarət aldığını bildirib: “Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər yardım etdi, iynə vurdular, ağrılardan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm”. Qeyd edək ki, bu gün Əli Mirəliyev ARB TV-də aparıcısı olduğu “Səhər-Səhər” verilişində iştirak etməyib. yenicag az

 

Nə düşünürsən?