Deputat Vahid Əhmədov:"Rusiyanın işğal olunmuş 5 rayonu Azərbaycana qaytarması xülyadır"

  • 04.10.2018
  • 0

Təəssüf ki, bəzi deputatların fikrincə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olarsa, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad olunacaq. Bu fikirlərin hamısı utopiya və xülyadır. BiG.AZ xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son zamanlar Rusiyanın Azərbaycanın işğal olunmuş 5 rayonunun qaytarılmasına razılıq verməsi ətrafında yaranmış müzakirələrə münasibət bildirərkən deyib. Rusiya əraziləri təkbaşına qaytara bilməz Onun sözlərinə görə, Rusiya əlbəttə ki, işğal olunmuş əraziləri təkbaşına azad edə bilməz, bu mümkün deyil, çünki Dağlıq Qarabağ məsələsində bir neçə dövlət də maraqlıdır: "Buna görə inanmıram ki, Azərbaycana işğal olunmuş 3-5 rayonunun qaytarılması real variant olsun". Torpaqlarımızı faktiki olaraq Rusiya işğal edib Millət vəkili qeyd edib ki, Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi, humanitar və mədəni əlaqələri var, iki ölkənin dövlət başçıları görüşürlər və münasibətlər yüksək səviyyədədir: "Amma Dağlıq Qarabağ problemini kim yaradıb? Rusiya elə deyilmi... Ermənistanın da arxasında indi də Rusiya dayanır. Biz Ermənistanla müharibə aparmamışıq. Torpaqlarımızı faktiki olaraq Rusiya işğal edib. Gümrüdə Rusiyanın böyük hərbi bazası var. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bəzi məsələlər qabardılsa da, bunların hamısı ermənilərin oyunudur". Torpaqların azad olunmasının yolu ancaq hərbidən keçir V. Əhmədov hesab edir ki, işğal olunmuş torpaqların azad olunmasının yolu ancaq hərbidən keçir: "Buna görə də ölkədə hərbiyə diqqət böyükdür. Dövlət başçısı bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycanda çox ciddi ordu formalaşdırılır. Buna görə də inanmıram ki, sülh yolu ilə hansısa rayonlar qaytarılsın". Hamısı siyasi oyundur Deputat diqqətə çatdırıb ki, indi son vaxtlar Azərbaycanın KTMT-yə üzv olmasına dair çağırışlar edilir: "Bir vaxtlar deyirdilər ki, Azərbaycan Gömrük İttifaqına daxil olmasa, onun ciddi problemləri yaranacaq Lakin dövlət başçısı ittifaqa qoşulmamaq barədə qəbul etdi, bunun əvəzinə ikitərəfli əlaqələr formatına üstünlük verildi. Bundan sonra bizim hansısa problemiz oldu? İndi də deyirlərlər ki, Azərbaycan KTMT-yə üzv olmağının əvəzində işğal olunmuş 5 rayon qaytarılacaq. Əgər Rusiya dövlət başçısının belə imkanı varsa, Dağlıq Qarabağ daxil olmaqla, son millimütrinə qədər bütün torpqları qaytarsın, ondan sonra KTMT-ə ilə müşahidəçi və ya digər formatda əlqə yaratmaq olar. Ümumiyyətlə Rusiyanın Ermənistandan hansısa işğal olunmuş ərazini alıb Azərbaycana verəcəyinə inanmıram. Bunların hamısı siyasi oyunlardır".

Nə düşünürsən?