Bu robot minlərlə insanı işsiz qoyacaq

  • 03.10.2018
  • 0

Elm dünyası "'HRP-5P” adlı robotu müzakirə edir.

 
Sfera.az xəbər verir ki, Yaponiyada hazırlanan insanabənzər robot bir inşaat fəhləsinin görə bildiyi çox işi görə bilir. "HRP-5P”dən təyyarə və gəmi istehsalında da istifadə olunacağı bildirilir.
 
Modelin kütləvi istehsalı başladıqda bu sektorlarda çalışan xeyli sayda insan işini itirəcək. Makkinzi Qlobal İnstitutunun apardığı araşdırmaya görə, robotların istehsalı nəticəsində 2030-cu ilə qədər 400-800 milyon nəfər işsiz qalacaq. İnstitutunun 26 ölkədə 800 peşə ilə bağlı apardığı araşdırmada robotlardan istifadənin işləyən hər beş nəfərdən birinə təsir edəcəyi müəyyən edilib.
Robotlardan bütün dünyada deyil, daha çox varlı ölkələrdə istifadə olunduğunu nəzərə alsaq, işini itirən ən çox adam da bu ölkələrdə qeydə alınacaq. Almaniya və ABŞ-da işləyən hər üç nəfərdən birinin bundan ziyan görəcəyi bildirilir.

Araşdırmaya görə, robot inqilabının ziyan vurmadan həyata keçirilməsi üçün dövlətlər müxtəlif iş sahələri ilə bağlı maariflənməyə sərmayə qoymalıdırlar.

Nə düşünürsən?