Tbilisidə retro avtomobillərin rallisi keçirilir

  • 02.10.2018
  • 0

Tbilisidə ötən əsrin əvvəllərində dünyanın ayrı-ayrı ölkələrində istehsal olunmuş müxtəlif model unikal, klassik avtomobillərin rallisi keçirilir. Yarışda 35 retro avtomobil iştirak edir. Ən "yaşlı” avtomobil 1922-ci ildə istehsal olunmuş "Vauxhall 30/98” markalı minik maşınıdır. Ən "gənc” avtomobil isə 1951-ci ildə istehsal edilmiş "Jaguar Mark V Dropead Coupe” avtomobilidir. Doqquz ölkədən gəlmiş 60 iştirakçı-iş adamı oktyabrın 2-də Tbilisinin mərkəzindən Vardziya şəhərinə yola düşüb. Oktyabrın 3-də onlar Vardziyadan Barjomi, Tsxaltubo və yüksək dağ yamacında yerləşən Uşquli kəndindən keçməklə Mestiyaya gedəcək, sonra isə yenidən Tbilisiyə qayıdacaqlar.

Nə düşünürsən?