İlham Əliyevlə Paşinyanın görüşündən sensasion kadrlar

  • 01.10.2018
  • 0

"Rossiya 1” telekanalında yayımlanan "Moskva.Kreml.Putin” proqramının növbəti buraxılışı MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə həsr edilib.

Sfera.az
 xəbər verir ki, müxbir Pavel Zarubin bu kadrları sensasion görüntülər adlandırıb.

Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı mərtəbəyə liftlə qalxırlar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdən istifadə edib.

Nə düşünürsən?