Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi

  • 26.09.2018
  • 0

publika.az- xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində keçmiş qarovul rəisi Firuz Qasımov ifadə verib. O bildirib ki, bu işlə heç bir əlaqəsi olmayıb: “İstintaqda 1-2 sual veriblər. Müəyyən telefon danışıqları ilə bağlı dindiriblər”. Hakim qeyd edib ki, Bakı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu göndəriləcək: “Çünki hadisədən əvvəl Etibar Məmmədov təcridxanada Fədayə Laçınla telefonla danışıb. Araşdıraq görək ki, bu telefon ona necə verilib və onu kim müşayət edib”. Sonra bəzi şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti proses oktyabrın 3-də davam edəcək. Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb. Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər. publika az

Nə düşünürsən?