Qurban Qurbanov təəssüfləndi: "Rəqiblərimizə çata bilmirik"

  • 25.09.2018
  • 0

Supersport.Az Azərbaycan Premyer Liqasının V turunda öz meydanında "Qəbələ"yə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. Mütəxəssis, əməkdaşımızın sualına cavabında "Sportinq"ə məğlubiyyətə görə çempionatımızın səviyyəsindən narazı olduğunu, komandasının tənqiq olunmasını normal hesab etdiyini bildirib: "Qarabağ"ı xalqımız sevir. Tənqidə gəlincə, həmişə olacaq. Ancaq bütün rəqibləri düzgün qiymətləndirməyi bacarmalıyıq. Komandamız Avropa yarışlarında iştirakla böyüyür. Əfsuslar olsun ki, rəqiblərimiz bizdən daha çox inkişaf edir, onlara çata bilmirik. Uğursuzluq olanda rəhbərlik həm futbolçuları, həm də bizi tənqid edir".

Nə düşünürsən?