Etiketi paltarından çıxarmadı, tənqid olundu - Video

  • 25.09.2018
  • 0

7 aylıq hamilə olan müğənni Rəqsanə İsmayılova yenidən gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, 38 yaşlı ifaçı dünyaya gələcək övladı üçün alış-veriş edib, daha sonra həmin anı lentə alaraq instaqram səhifəsində paylaşıb. 

Müğənni görüntülərə “Allah hər kəsə nəsib etsin. Yaşımızdan asılı olmayaraq hər doğulan övladın öz yeri var. Övladlarım mənim hər şeyimdir. Ana olmaqdan gözəl nə ola bilər ki? Allahım heç kimi darda qoymasın, hər kəsi sevindirsin” – şərhini yazıb. 

Rəqsanənin kombinezonu isə sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb.  Belə ki, istifadəçilər ifaçının paltarının etiketini qoparmadığını qeyd edərək onu tənqid ediblər.  

Nə düşünürsən?