Qəbul imtahanlarında nələr dəyişəcək - Məleykə Abbaszadə yenilikləri açıqladı

  • 22.09.2018
  • 0

Gələn ildən qəbul imtahanlarında tətbiq olunacaq yeni qaydalara görə balın bir qismi buraxılış imtahanlarında, bir qismi isə qəbul imtahanında toplanaraq cəmlənəcək. Bu imtahanlarda sualların formasında da dəyişikliklər ediləcək.


Sfera.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bu il qəbul imtahanlarında müsabiqəyə təqdim edilən yerlərə marağın hansı səviyyədə olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu il təqdim olunan yerlərə qəbul yüksək olub.

Məleykə Abbaszadə, müsabiqədən keçib, ancaq ərizəsini təsdiqləməyi unudan abituriyentlərə də yardım etdiklərini və onların daxil olduqları ixtisasa qəbul edilməsi üçün Dövlət İmtahan Mərkəzinin həmin ali məktəblərə müraciət etdiyini bildirib.

DİM sədri, dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin daha çox hansı kateqoriya üzrə maraq göstərdiyini də açıqlayıb. 

Nə düşünürsən?