Dünyada ilk dəfə: "Bu sürətlə velosiped sürdü"

  • 20.09.2018
  • 0

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, rekord ABŞ-ın Yuta ştatındakı "Bonneville Salt Flats"da keçirilən "World of Speed"də gerçəkləşdirilib.

45 yaşlı danimarkalı Denis-Müller Korenek velosipeddə 294,5 km/saat sürətə nail olub.

Rekordu vurmaq üçün o, peşəkar ralliçi Şea Holbruk-Çorli ilə birləşmişdi.

Holbruk-Çorlinin idarə etdiyi draqsterin arxasına kanatla bağlanmış velosipeddə oturmuş Denis start xəttindən başlayaraq aşmamağa çalışıb.

Draqster 300 km/saat sürətə çatanda kanat açılıb və Denis velosipedin pedallarını fırladaraq maşından geri qalmamağa çalışıb.

İndiyədək dünyada ən sürətli velosipedçi hollandiyalı Fred Romprelberq idi.

O, 1995-ci ildə avtomobilin arxasına kanatla qoşulan, kanat açılandan sonra "azad" hərəkət edən velosipeddə velosipeddə 268,7 km/saat sürətə nail olmuşdu.

Nə düşünürsən?