Salyanda 4 bacıyla analarını öldürən ata və oğulun CƏZASI VERİLDİ

  • 19.09.2018
  • 0

Xəbər verdiyimiz kimi, Salyanda dəhşətli qətl hadisəsi baş vermişdi. Belə ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidəni Fərhad Əliyev oğlu Fəqanın köməyi ilə öldürərək həyətlərində basdırıldığı məlum olmuşdu. Qeyd edək ki, Fərhad Əliyev və 28 yaşlı oğlu Fərhad Əliyev barəsidə məhkəmə son qərarı sentyabrın 9-da verib. BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişində məlumat verilib. Mehparə Əliyevanın efirə çıxan bacısı Dürdanə baş vermiş hadisənin şok təfərrüatını açıqlayıb. O bildirib ki, hadisə baş verən günü İradə, Sevda, Rəqibə evdə olublar: “13 yaşlı Ümidəni mağazaya göndəriblər. Sevda yatıbmış. İradəni çay hazırlamaq üçün mətbəxə göndərirlər. Bu zaman Fərhad oğlu ilə birlikdə İradənin başına dəmir boru ilə vurub və huşunu itirən qızın başını kəsir. Sevdanı isə yatdığı yerdə öldürürlər. Rəqibəni də bu formada qətlə yetirirlər. Axşam isə bacım Mehparə və 13 yaşlı Ümidə öldürülür. Fərhad məhkəmə cinayəti törətmə səbəbi kimi bacımın və qızlarının sözünə baxmadığını göstərib. 2 ay əvvəldən ata-oğul bu cinayəti planlaşdırıblar. Cinayəti törətdikdən sonra axşam içə-içə bacımın və 4 qızını evdə basdırıblar. Məhkəmə Fərhad Əliyev və oğlu Fəqana ömürlük həbs cəzası verib”.


Nə düşünürsən?