Naxçıvanda ilk - 3D keçid çəkildi

  • 19.09.2018
  • 0

Belə piyada zolaqlarının başqa küçələrə də çəkilməsi nəzərdə tutulur


Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib. Yenilik Naxçıvan şəhərində tətbiq edilib.


Şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib. Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.


Qeyd edək ki, 3D formatlı zolaqlar yerə düzülmüş bordür effekti yaradır. Bu da həm piyada, həm də sürücülərin təhlükəzliyinin daha yaxşı təmin olunmasına kömək edir. 

Nə düşünürsən?