"Çevril, yoxsa iti tutmayacağam" - Körpəni oğurlayanı it tapdı

  • 19.09.2018
  • 0

ABŞ-ın Florida ştatındakı Pasko bölgəsinin şerifinin departamentinin serjantı Ferqüsson qışqırırdı. Cinayətkar əmri yerinə yetirib, çünki başqa çıxış yolu yoxdu.

Onun sağ qolu Titanın ağzında idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Titan alman çoban iti cinsindən olan köpəkdir. O, "K9"dur, yəni polis köpəyidir.

Cinayətkarın izinə düşən Titan bədəməlin iyini alaraq onun kolluqda gizləndyini anlayıb və ora qaçıb.

Kolluqda cinayətkarı sinəsi ilə vurub yıxan it onun qolunu dişlərinə keçirmişdi.

Cinayətkar isə Nyuport-Riç şəhərindəki evlərdən birinə soxularaq oradan 6 aylıq körpəni oğurlamağa çalışan 24 yaşlı Kevin Uilson idi.

Körpənin anası qışqıranda, atası isə onunla süpürləşəndə, uşağın dayısı ilə əlində tapança ona "Uşağı burax!" deyəndə Uilson qaçıb.

Polis axtiarışlara başlamışdı.

Axtarışlara Titan da cəlb olunmuşdu.

WFL8 News-un verdiyi məlumata görə, körpənin dayısı 6 aylıq Cennini qucağında bərk tutmuş Uilsonua tapançanı tuşlayaraq "Uşağı burax!" deyib. Uilson uşağı atıb, maşınına oturub və aradan çıxıb.

O, iki məhəllə sonra maşından düşərək meşəliyə qaçıb, izi itirməyə çalışıb.

Nə düşünürsən?