Güclü dolu təsərrüfata ziyan vurub

  • 19.09.2018
  • 0

"Report"un Zaqatala-Balakən bürosunun məlumatına görə, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

Nə düşünürsən?