Avtomobili ilə məsciddən çıxan müsəlmanları əzdi

  • 19.09.2018
  • 0

Ötən gecə Londonda yaşayan müsəlmanlara hücum edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sürücü qəsdən qırmızı "Nissan" markalı avtomobilini Londonun şimal-qərbindəki məsciddən çıxan insanların üstünə sürüb. O, səkiyə dırmaşaraq  müsəlmanları əzib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Sürücü hadisə yerindən qaçmaq istəsə də, o, polislər tərəfindən saxlanılıb.

Avtomobildə onunla yanaşı başqa 2 nəfər də olub. Sürücü avtomobili piyadaların üstünə sürərkən müsəlmanları təhqir edəcək ifadələr işlədib.

Londondakı müsəlman icmasının sədri açıqlamasında bildirib ki, hücum edən şəxslərin 3-ü də qafqazlıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?